Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29
-
Ötən ilin yayında Nabrandakı istirahət mərkəzlərindən birində ağır yaralanaraq bir ayağını itirən və Almaniyada müalicə olunan 3 yaşlı İmran Cəfərzadə martın 8-də Azərbaycana qayıdıb.

Ana Nuridə Cəfərzadə ANS-ə deyib ki, İmran müalicəni qismən başa çatdırıb, gəzməsinə mane olan sol ayağındakı əyrilik səbəbindən bir daha Almaniyaya gedəcəklər.

2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən «Nabran Holiday Village» istirahət mərkəzində hovuzda olarkən sutəmizləyici qurğu işə salınıb.

Bu vaxt hovuzun içərisindəki qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv edilib.

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi prezident İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG