Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:50

«Yurd yeri» sərgisində «Xarı bülbül» çiçək açdı…


Sərgi martın 9-dək davam edəcək.

Sərgi martın 9-dək davam edəcək.

-
​Martın 6-da «Kapellhaus» Alman-Azərbaycan Mədəniyyət Birliyində rəssam Zaur Mirzəyevin «Yurd yeri» adlı fərdi sərgisi açılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, sərginin açılış mərasimində Alman-Azərbaycan Mədəniyyət Birliyinin icraçı direktoru Azər Alıyev və əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Zaur Mirzəyevin həyat və yaradıcılığından danışıblar.

Zaur Mirzəyev Şuşada doğulub, 1992-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Xəbərdə deyilir ki, qrafika janrında portret, mənzərə, süjetli tablolar müəllifi olan Zaur Mirzəyev fərdi üslubu ilə seçilən rəssamlardandır.

Onun əsərləri bir sıra xarici ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş olunub və böyük maraq doğurub.

İlk dəfə fərdi sərgisi ilə geniş tamaşaçı auditoriyası qarşısına çıxan rəssamın əsərlərində Qarabağ mövzusu əsas yer tutur.

Onun «Şuşa qalası», «Xan qızı bulağı», «İçərişəhər», «Qala divarları» və s. əsərlərində Azərbaycanın bu qədim yurd yerlərinin gözəllikləri ustalıqla təsvir olunur.

Sərgi martın 9-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG