Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:53

Dünyanın ən yaxşı 100 universiteti (Siyahı)


Harvard Universitetinin binası
Harvard Universitetinin binası
-

ABŞ universitetləri dünyanın ən yaxşı ali təhsil ocaqları siyahısında yerlərini inamla qoruyurlar. Londonda yerləşən “Times Higher Education” dərgisinin hazırladığı universitetlərin 2014-cü ilə dair reytinq cədvəlinə yenə də ABŞ-ın Harvard Universiteti rəhbərlik edir. Cədvəldə ilk 10 yerdən 8-də ABŞ universitetləri dayanır.

Britaniyanın Cambridge və Oxford universitetləri keçən ilki reytinqlərini bir pillə itirərək bu il uyğun olaraq 4-cü və 5-ci sırada qərarlaşırlar. Sonra yenə də ABŞ universitetləri ilk onluğu tamamlayırlar.

Dərgiyə görə Almaniya universitetləri reytinq cədvəlində çox ciddi irəliləyiş əldə ediblər. Builki reytinq cədvəlində 6 Almaniya universiteti də yer alır.

“Times Higher Education” dərgisinin hazırladığı illik “Dünya Universitetləri Reytinq Cədvəli” hazırda ən nüfuzlu sənəd hesab edilir. Reytinq elmi dairələrdə keçirilən sorğu nəticəsində müəyyən edilir. Siyahı əsasən şəxsi fikirlər əsasında müəyyən edilsə də fikir bildirənlər tanınmış alimlər, ekspertlərdir.

Dünyanın 100 ən yaxşı universitetləri arasında Azərbaycandan heç bir ali məktəbin adı yoxdur. Azərbaycanın qonşuları arasında yalnız Rusiyadan bir (Lomonosov adına Moskva Dövlət Universiteti) və Türkiyədən də bir (Yaxın Şərq Texniki Universiteti) ali məktəb var.

Beləliklə, dünya universitetlərinin reytinq cədvəliu aşağıdakı kimidir (şəklə vur, siyahını tam gör):

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG