Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Tovuzda Ermənistan vətəndaşı saxlanıb


-
Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən 23 yaşlı Ermənistan vətəndaşı saxlanıb.

Trend-in Türkel TV-yə istinadən verdiyi məlumata görə, Tovuzda saxlanan erməni gəncin adı bəlli olub. Bu şəxs 1991-ci il təvəllüdlü Xocayan Arsendir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, həmin şəxsin mülki, yoxsa hərbçi olduğu hələ bilinmir.

Onun dediyinə görə, Ermənistan vətəndaşı Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanıb. Həmin şəxs artıq Bakıya gətirilir. O, yalnız erməni dilini bildiyi üçün sabah dindiriləcək.
XS
SM
MD
LG