Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:05

Azərbaycan AVRO-2020-yə ev sahibliyi etmək istəyir


-
Bakı 2020-ci il Avropa Çempionatına ev sahibliyi üçün namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Futbol Federasiyası Assosiasiyasının prezidenti Rövnəq Abdullayev söyləyib.

Onun dediyinə görə, bütün zəruri sənədlər tamamlanıb və yekun qərar apreldə qəbul olunacaq:

«Bakının namizədliyi qəbul olunsa, biz çempionata yüksək səviyyədə ev sahibliyi etməyə hazırıq».

Martın 7-də AFFA-nın konfransında çıxış edən R.Abdullayev AFFA-nın ötən ilki uğurlarından danışıb. Bildirib ki, Azərbaycanın milli futbol komandası 2014 Dünya Kubokunun seçmə mərhələsində 9 xal qazanıb.

Konfransa UEFA-nın vitse-prezidenti də qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG