Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:10

Qazprom Ukraynaya qazı kəsə bilər


Qazprom şirkətinin rəhbəri Miller deyib ki, onun şirkəti Ukraynaya qazı havayı verə bilməz və xəbərdarlıq edib ki, qazı kəsə bilər, bu da Avropa ölkələrinin aldığı qazı azalda bilər.

Millerin sözlərinə görə, Ukraynanın qaz borcu 1 milyard 890 milyon dollara çatıb və bu o deməkdir ki, Ukrayna qaza görə pul ödəməyi faktiki olaraq dayandırıb. Miller deyib ki, Rusiya Ukraynaya qaz verilməsini kəsə bilər və nəticədə Ukrayna ərazisindən keçməklə Avropaya çatdırılan qaz da kəsilə bilər.
XS
SM
MD
LG