Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:51
-
Aprelin 19-da məşhur amerikalı müğənni Michael Bolton Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

Mərkəzin yaydığı xəbərə görə, rok-balladaları ilə dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı həmin gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək.

Əsl adı Michael Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb.
Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır.

O, Bob Dylan, Lady Gaga, Diane Warren, David Foster, Phil Ramone, Barbra Streisand, John Legend, Jay-Z və «KISS» qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.

«Qremmi» mükafatı laureatı Michael Bolton-un albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb.

Hollivudun «Şöhrət xiyabanı»nda adına ulduz olan Michael Bolton-un repertuarında sevgi balladaları üstünlük təşkil edir. «Can I Touch You...There?», «How Am I Supposed To Live Without You», «Love is a Wonderful Thing», «Missing You Now» onun ən məşhur mahnılarındandır.

Michael Bolton-un Luciano Pavarotti, José Carreras, Plácido Domingo, Renée Fleming, B.B.King kimi ulduzlarla duetləri milyonların sevgisini qazanıb.

Michael Bolton-un musiqilərini bir çox məşhur film və seriallarda da eşitmək mümkündür. Onun «Herkules» animasiya filmində səslənmiş «Go The Distance» kompozisiyası «Oskar» mükafatına nominant olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG