Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:23

“Qanun” Prezident Əliyevə müraciət edib


“Qanun” nəşriyyatı ona qarşı edilən haqsızlıqlarla bağlı mətbuat konfransı keçirdi. Tədbirdə tanınmış, o cümlədən gənc yazarlar, tərcüməçilər və redaktorlar iştirak ediblər.

Musavat.com-un məlumatına görə, Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirdə yazıçı Çingiz Abdullayev nəşriyyatla bağlı vəziyyətin çətin olduğunu bildirib. O, nəşriyyata dəstək olmağın vacibliyini qeyd edib və bunun üçün yazarların da köməyinə ehtiyac duyulduğunu vurğulayıb.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu nəşriyyatın vergi cəriməsindən, yazarların, tərcüməçilərin istintaqa çağırılmasından, nəşriyyatın fəaliyyətinin dayanmaq təhlükəsindən danışıb. Həmçinin bildirib ki, onlar vəziyyətdən çıxmaq üçün dövlət başçısı İlham Əliyevdən kömək istəyirlər və bu səbəbdən ona müraciət ünvanlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG