Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:09

Ukraynanın baş naziri: “Sivil dünyada heç kəs “qondarma referendumu” tanımayacaq”


-
Sivil dünyada heç kəs Krımın Rusiyaya birləşməsinə dair “qondarma referendumu” tanımayacaq. Bunu Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib. Cümə günü Kiyevdə danışan Yatsenyuk söyləyib ki, Rusiya Krımdan əsgərlərini çıxarmalı, separatçılara dəstəyi dayandırmalıdır.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Krım parlamentinin regionun gələcək statusuna dair referendum keçirmək hüququ var. O, şuranın Rusiya ilə birləşməsini dəstəkləyəcək.
XS
SM
MD
LG