Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Əli Həsənov Prezident Aparatında qarşıdurma olmadığını deyir- [Video]


-
«Bu gün Azərbaycan dini etiqad azadlığı, missionerlik fəaliyyəti çox aktual məsələdir. İnsanlar birləşdisə, deməli qüvvədir. Qüvvədirsə, deməli dövlət siyasətində bu və ya digər ideyalar, proqramlarla çıxış edə bilərlər».

Bunu martın 7-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. O, Mətbuat Şurasının keçirdiyi «Dini etiqad Azadlığı, Missionerlik fəaliyyəti və media» mövzusunda konfransda çıxış edib.

Əli Həsənov Konstitusiyanın 48-ci maddəsinin hər bir insanın dini etiqad azadlığını təsbit etdiyini vurğulayıb.

BAŞQA CÜR NAMAZ QILANIN ÜSTÜNƏ GEDİRLƏR

«Söhbət ondan gedir ki, bir insanın hüququnun başlandığı yerdə digərinin hüququ bitir. İnsan hüquqlarının balansı yaradılmalıdır. Son zamanlar xüsusilə radikal missionerlikdən danışırlar. Adları da çəkildi ki, söhbət hansı radikallıqdan gedir. O dini icmalar, qurumlar, cəmiyyətlər Azərbaycan qanunvericiliyi əleyhinə fəaliyyət göstərir ki, başqasının eyni hüququna hörmətlə yanaşmırlar, məsciddə başqa cür namaz qılanın üzərinə gedirlər. Yaxud Quranı başqa cür təhlil edənin üzərinə gedirlər. Onlara qarşı ictimai nifrət aşılayırlar. Bu artıq cinayətdir, belə hallara qarşı media açıq-aşkar səsini çıxarmalıdır».

Prezident Administrasiyası rəsmisi deyir ki, dövlət olaraq belə insanları qanuna dəvət etmək, əks halda tədbir görmək lazımdır. Missionerliyin, radikal dini fəaliyyətin digər qanuni əməllərdən seçilməsində ayıq-sayıq olmaz lazımdır.

İÇƏRİMİZƏ GİRƏN MİSSİONERLƏR KİMLƏRDİR?

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın ən tolerant ölkəsinə çevrilib:

«Dövlət heç kimə ibadət yeri tikməməlidir. Ancaq Azərbaycanda bütün icmalara vəsait ayrılıb».

«Bəs onda içərimizə girən missionerlər kimlərdir? O insanları Azərbaycanın müasir vəsiyyəti qane etmir. O insanlardır ki, Azərbaycanın mövcud durumu onları qane etmir. Onlar ya özlərinin düşündüyü Azərbaycan yaratmaq istəyirlər, ya da ölkənin müstəqil siyasətinə müdaxilə edərək, şəbəkələşərək dövlətin siyasətini öz maraqlarına uyğunlaşdırmaq istəyirlər».

Əli Həsənov əmin edir ki, dini radikalizm, missionerlik dəhşətli, çətin, dözülməz durumda deyil, dini icmaların fəaliyyətinə nəzarət olunur.

«AZƏRBAYCAN XALQI TOLERANT XALQDIR»

«Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov XXI əsrdə Azərbaycan qadınını çarşaba qaytarmaq cəhdlərini yanlış və qorxulu saydığını vurğulayaraq deyib:

«Müstəqilliyimizin ilk dövründə müstəqilliyimizi istəməyən antiazərbaycan şəbəkələri ölkədə milli zəmində qarışıqlıq yaratmaq istədilər. Amma alınmadı. Sonra dini zəmində nəsə qarışdırmaq istədilər, yenə alınmadı. Çünki Azərbaycan xalqı mahiyyətcə tolerant xalqdır».

Bəxtiyar Sadıqov qeyd edib ki, radikal dini qruplara qarşı media və dövlət eyni mövqe sərgiləməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG