Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

Yazıçılar Birliyi “Qanun”u müzakirə edəcək


“Qanun” Nəşrlər Evinin çapları

“Qanun” Nəşrlər Evinin çapları

-
Martın 7-də Yazıçılar Birliyi “Qanun” Nəşrlər Evinə kəsilmiş cəriməni müzakirə edəcək, uyğun müraciətlər qəbul edəcək. Bu barədə “Qanun” açıqlama yayıb.

Açıqlamada deyilir ki, Vergilər Nazirliyinin 20 nəfərdən ibarət bir dəstə əməkdaşı “Qanun” nəşriyyatının ofisinə gələrək nəşriyyatın kompüterlərini, mühasibatlıqda olan bütün sənədləri zorla götürüb aparıblar. Zorla götürülmüş sənədlər və sənəd hesab edilməyən qeydlər əsasında Audit İdarəsi yoxlama apararaq nəşriyyata 150 min manat məbləğində cərimə müəyyən edən qərar çıxarıb. “Qanun” nəşriyyatı bu qərardan şikayət etsə də, buna məhəl qoyulmadan dərhal cinayət işi başlanıb, nəşriyyatın bütün işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar, korrektorlar, ümumilikdə yüzə qədər yaradıcı və texniki heyət cinayət təqibinə məruz qalıb.

“Qanun” əleyhinə çıxarılan qərara etiraz edən hər kəs - yazıçı, tərcüməci, redaktor, korrektor, o cümlədən oxucularımızı toplantıda iştirak edəcək,” məlumatda deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG