Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:22

Obama Putin-lə Ukrayna böhranı barədə danışıb


Barack Obama və Vladimir Putin
Barack Obama və Vladimir Putin
-
ABŞ prezidenti Barack Obama rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna böhranı barədə danışıb. Ağ Evin yaydığı məlumata görə, Obama Putinə izah edib ki, Rusiyanın Krımdakı hərəkətləri Ukraynanın suverenliyini pozub və Vaşinqtonun Rusiya rəsmiləri sanksiya tətbiqi ilə nəticələnib.

Obama ABŞ rəsmilərinin apardığı diplomatik cəhdlərin şərtlərini də açıqlayıb. Razılaşmaya görə, Rusiya Krımdan qoşunlarını çəkməli, beynəlxalq müşahidəçiləri etnik rusların hüquqlarının durumunu araşdırmaq üçün ölkəyə buraxmalı, Ukrayna rəsmiləri ilə birbaşa danışıqlara razılıq verməlidir.

Son altı gündə Obama Putinlə ikinci dəfədir telefonla danışır.

RUSİYADA PARALİMPİYA OYUNLARI BAŞLAYIR

Cümə günü Rusiyanın Soçi kurort şəhərində Paralimpiya Oyunları start götürür. Bu mərasim Rusiyanın Krıma müdaxiləsindən sonra baş tutur.

ABŞ-dan nümayəndə heyəti daxil olmaqla əksər xarici qonaqlar tədbirə qatılmaqdan imtina edib. Rusiya prezidenti Ukraynaya görə Paralimpiyanın boykot edilməsini “ədəbsizliyin yüksək dərəcəsi” adlandırıb.

Ancaq iştirakçılardan oyunlardan çıxmaq üçün birgə hərəkət sezilmir. Ukrayna komandasının da yarışı boykot edib-etməyəcəyi də bəlli deyil. Cümə axşamı 31 nəfərdən ibarət komanda Olimpiya kəndində, mavi-sarı rəngli bayraq altında milli himni oxuyub.

KRIMDA UKRAYNA TELEVİZİYALARI EFİRDƏN ÇIXARILIR

Krımda azı bir Ukrayna TV kanalı efirdən çıxarılıb. Kanalın aparıcısı Lidia Taran deyir ki, 1+1 kanalının müxbirləri Krımda hücuma məruz qalıblar.

Digər məlumatlara görə, Ukraynanın başqa bir televiziyası - Kanal 5-in də yayımı dayandırılıb:

Taran Reuters agentliyinə danışıb:

“Krımda gərginlik yaranandan jurnalistlərimizə təhlükə başlayıb. Hər gün yerli müxbirlərimizə hücum olunur. Kiyevdəki heyəti dəfələrlə Krımda işləməyə cəhd göstərib, ancaq alınmayıb”.

Taranın sözlərinə görə, özünü Krımın baş naziri adlandıran Aksenovun yarımadada “1+1” kanalını qadağan etməyə dair göstərişi olub:

“İndi həmin tezliyi Rosiya kanalı tutub. Ona görə qəzəbliyik ki, Krımın sakinləri olan Ukrayna vətəndaşları obyektiv informasiya almaq hüququndan məhrum edilib, yaşadıqları ölkədə televiziya kanalları bağlanır. Onlar ancaq Rusiya mediasını izləməli olacaqlar. Biz narahatıq, çünki ilk dəfə olaraq xəbər proqramından əvvəl öyrənirik ki, Krımda bizi efirdən çıxarıblar”..

Bu xəbərdən bir neçə saat əvvəl Krım parlamenti Ukraynadan ayrılıb Rusiyaya birləşmək qərarı verib. Məsələ martın 16-da referenduma çıxarılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG