Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:04
-
Krımda azı bir Ukrayna TV kanalı efirdən çıxarılıb. Kanalın aparıcısı Lidia Taran deyir ki, 1+1 kanalının müxbirləri Krımda hücuma məruz qalıblar.

Digər məlumatlara görə, Ukraynanın başqa bir televiziyası - Kanal 5-in də yayımı dayandırılıb:

Taran Reuters agentliyinə danışıb:

“Krımda gərginlik yaranandan jurnalistlərimizə təhlükə başlayıb. Hər gün yerli müxbirlərimizə hücum olunur. Kiyevdəki heyəti dəfələrlə Krımda işləməyə cəhd göstərib, ancaq alınmayıb”.

Taranın sözlərinə görə, özünü Krımın baş naziri adlandıran Aksenovun yarımadada “1+1” kanalını qadağan etməyə dair göstərişi olub:

“İndi həmin tezliyi Rosiya kanalı tutub. Ona görə qəzəbliyik ki, Krımın sakinləri olan Ukrayna vətəndaşları obyektiv informasiya almaq hüququndan məhrum edilib, yaşadıqları ölkədə televiziya kanalları bağlanır. Onlar ancaq Rusiya mediasını izləməli olacaqlar. Biz narahatıq, çünki ilk dəfə olaraq xəbər proqramından əvvəl öyrənirik ki, Krımda bizi efirdən çıxarıblar”..

Bu xəbərdən bir neçə saat əvvəl Krım parlamenti Ukraynadan ayrılıb Rusiyaya birləşmək qərarı verib. Məsələ martın 16-da referenduma çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG