Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:27

İraqda partlayışlarda onlarla adam ölüb


-
Cümə axşamı İraqda baş verən partlayış və döyüşlərdə azı 30 nəfər həlak olub. Bağdadın şiə məhəlləsində üç minik maşını partladılıb, azı 11 nəfər ölüb, 35 nəfər yaralanıb. Bağdadın başqa bir məhəlləsində yol kənarında bombanın partlaması nəticəsində bir polis ölüb, səkkiz nəfər yaralanıb.

Bağdaddan 95 km cənubda, Hillada iki maşın partladılıb, doqquz nəfər ölüb, 28 nəfər yaralanıb. Şəhərdən 30 km şimalda avtomobil partlayışında beş mülki şəxs həlak olub.

AzadlıqRadisonun İraq xidmətinin məlumatına görə, Fallujah şəhərində azı dörd nəfər həlak olub.

BMT-nin hesablamalarına görə, bu ilin əvvəlindən İraqda 1.400 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG