Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:51

Krım parlamenti Rusiyaya birləşmək qərarı verdi


Krım parlamentində Rusiya ilə birləşmək qərarı çıxarıldı
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
-
Ukraynanın Krım Muxtar Respublikasının Rusiya silahlılarının nəzarətində olan parlamenti yarımadanın Rusiyaya birləşdirilməsinə dair qərara yekdilliklə səs verib.

Qərar martın 16-da referenduma çıxarılacaq.

Parlamentin deputatı Sergei Tsekov bildirib ki, «Krım ana vətənə birləşdirilir».


Krım Muxtar Vilayətində yaşayan tatar milli azlığı yarımadanın Rusiyaya birləşdirilməsi barədə yerli Rusiya yönlü parlamentin qərarını tanımadığını bəyan edib. Krım Tatarları Məclisinin rəhbəri Refat Chubarov bildirib ki, onlar həmin məqsədlə martın 16-a təyin edilmiş referendumu da boykot edirlər.

Kiyevdə Ukraynanın müvəqqəti hakimiyyəti də Krımın Rusiyaya birləşdirilməsi qərarını pisləyib, bu məqsədlə keçiriləcək referendumu tanımadığını bildirib.


Krım Tatarları Məclisi martın 6-da beynəlxalq təşkilatlara müraciət edərək yardım xahiş edib.

Məclisin sədri Refat Chubarov bildirib ki, tatarlarla ruslar arasında mümkün toqquşmanın qarşısını almaq üçün BMT-dən mümkün qədər tez sülhməramlılar göndərməyi xahiş edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG