Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:44

Donetskdə binaların üzərinə yenidən Ukrayna bayrağı taxılıb


Ukrayna bayrağı

Ukrayna bayrağı

-
Donetskdə hüquq mühafizə orqanları rusiyameylli qüvvələrin tutduğu inzibatı binaları boşaldıblar. Həmin binaların üzərinə yenidən Ukrayna bayrağı qaldırılıb. «Ukrinform» un yazdığına görə, əməliyyat zamanı martın 1-də “xalq könüllüləri”nin “xalq qubernatoru” seçdiyi Paul Gubaryov başda olmaqla 70 nəfər həbs olunub.

Amma Paul Gubaryov facebook profilində həbs olunması ilə bağlı məlumatı təkzib edib.

AzadlıqRadiosunun Ukrayna xidmətinin məlumatına görə, martın 5-də rusiyameylli mindən çox adam növbəti binanı tutmağa cəhd ediblər.

Rusiyameylli qüvvələr ötən həftə Donetskidə vilayət administrasiyasını bir neçə dəfə zəbt ediblər. Bu günlərdə Gubaryov tərəfdarları müəyyən müddət vilayət administrasiyasını nəzarətdə saxlayaraq referendum keçirilməsini və Rusiya hərbçilərinin Donetskiyə yeridilməsini istəyiblər.
XS
SM
MD
LG