Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:15

ABŞ Dövlət Departamenti Vladimir Putinin Ukrayna ilə bağlı yalanları haqda


Rus hərbi kolonnası Krımın Balaklava rayonunda
Rus hərbi kolonnası Krımın Balaklava rayonunda
-
ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı dediyi 10 yalanın sıyahısını elan edib.

Martın 5-də yayılan sənəddə deyilir ki, Putin Ukrayna ilə bağlı öz hərəkətlərinə haqq qazandırmaq üçün faktları təhrif edir və ya sada salmır.

Bir yalan məlumatda deyilir ki, Krımdakı infrastrukturu və hərbi hissələri tutanlar “mülki özünü müdafiə qrupları”dır. ABŞ Dövlət Departamenti bildirir ki, Krımdakı antiukrayna qüvvələrinin Rusiya güc strukturları tərəfindən müdafiə olunması ilə bağlı əsaslı sübutlar var.

Sənəd müəllifləri Ukraynada humanitar böhranın, etnik ruslara və Rusiyanın bazalarına təhlükə, parlamentin ekstremist və terrorçuların nəzarəti altında olması ilə bağlı Putinin dediklərini də təkzib edirlər.

Martın 5-də İsveçin xarici işlər naziri Putinin inkar bəyənatını şərh edərək deyib ki, əgər Putin səmimidirsə, deməli Rusiya silahlı qüvvələri onun nəzarətindən çıxıb. Belə bir imkanı isə Carel Bild sadəcə istisna edərək, faktiki olaraq Putini qeyri-səmimilikdə ittiham edir.

Rusiya mediasının Ukrayna haqda yaydığı əsas miflər haqda burada oxu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG