Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:05

Qaradağ rayonunda kütləvi zəhərlənmə, ölən var


Ukraine -- #Euromaidan Khreschatik ambulance, 27Dec2013
Ukraine -- #Euromaidan Khreschatik ambulance, 27Dec2013
Bakının Lökbatan qəsəbəsindəki beşmərtəbəli yaşayış binalarında kütləvi zəhərlənmə baş verib. Gecə saatlarında 4 binanın sakinlərini eyni vaxtda qaz vurduğu bildirilir. Lökbatan qəsəbəsi üzrə 19 saylı Şəhər Birləşmiş Xəstəxanasının təcili yardım şöbəsindən APA-ya verilən məlumata görə, zəhərlənmə ilə bağlı 80 nəfər xəstəxanaya müraciət edib. Onların əksəriyyəti ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəsəbə sakini , 45 yaşlı Natalya Məmmədova zəhərlənmədən vəfat edib. Sakinlərin dediyinə görə, martın 5- saat 19 radələrində qaz kəsilib. Bir saat sonra binalara qazın verilib və bu vaxt qazdan kəskin qoxu gəlib. Bundan sonra kütləvi zəhərlənmə baş verib.

İlkin məlumatlara görə, 4 binada yaşayan 100-ə yaxın sakin zəhərlənib. Hadisə yerinə 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara gediblər.

Hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar.
XS
SM
MD
LG