Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Bakıda Əşrəf Heybətin sərgisi açılacaq


Əşrəf Heybət
Əşrəf Heybət
-
Martın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində əməkdar rəssam Əşrəf Heybətin «İthaf. Şərq və Qərb arasında» adlı ilk fərdi yaradıcılıq sərgisi açılacaq.

Xəbəri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

Əşrəf Heybət 1994-cü ildən Almaniyada yaşayır.

UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq «Sülh səfiri», Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, «Dünya xalqları incəsənəti» Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır.

Rusiya Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür.

Rəssam «Azərbaycan-Almaniya» Dostluq Cəmiyyəti İdarə Heyətində də təmsil olunur.

Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA («Platforma, Dialoq, Avrasiya») təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvü, Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratorudur.

Əşrəf Heybət 1951-ci ildə Bakıda ziyalı ailəsində doğulub.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, Tbilisi Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və digər ölkələrdə də fərdi sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır.

Əşrəf Heybət portret, mənzərə, natürmort janrlarında işləyir.

O, irihəcmli monumental əsərlərin də müəllifidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG