Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:17
-
“Baş prokuror və maliyyə nazirinə ünvanladığım əvvəlki dörd şikayət ərizəmin sonuncusunu bu il fevralın 20-də göndərmişəm. Maliyyə Nazirliyindən məktublarıma cavabda bildirilir ki, faktların araşdırılması növbəti yoxlamada nəzərə alınacaq. Deməli, növbəti yoxlama 3 ildən sonra olacaqsa, məktubumda göstərdiyim qanunsuzluqlar da hələ bir üç il davam etməlidir”.

"KİÇİK BÜDCƏ İLƏ BYÜK İŞLƏR GÖRÜRDÜK"

Qaradağ rayon icra hakimiyyətinin keçmiş başçısının müavini olmuş Ağahüseyn Ağayev AzadlıqRadiosunun “Qaynar xətt”inə yazır bunları. O, rayonun hazırkı icra hakimiyyətinin başçısından şikayətçidir:

"Ərizələrimdən biri Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yönəlib və mənə oradan telefonla zəng edərək, ərizəmin qəbul edildiyi bildirilsə də, heç bir araşdırma aparılmayıb”.

Ağahüseyn Ağayev yazır ki, İlham Əliyev Qaradağdan deputat olduğu dövrdə o, həmin rayonun icra başçısının müavini işləyib. O dövrdə rayonun büdcəsi bir milyon dollara yaxın olub. Keçmiş başçı müavini hesab edir ki, əvvəllər Qaradağ sakinlərinə məmur diqqəti indikindən fərqli olub:

ƏVVƏLLƏR...

“Biz 5 ildə Qarabağ əlilləri və şəhid ailələrinə iki beşmərtəbəli, əlli mənzilli bina tikib istifadəyə verdik. Qeyri-yaşayış sahələrinin təyinatını dəyişib təmir edərək belə ailələrə payladıq. Beş yüz kilometr qəsəbədaxili və bir o qədər də qəsəbəarası yolları təmir etdik. Əhalini fasiləsiz işıq, su və qazla təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirtdik. Sahil qəsəbəsində 2.5 km uzunluğunda dənizkənarı park-bulvar, stadion, Lökbatan qəsəbəsindəki parkın ərazisini iki dəfə genişləndirərək xalqın istifadəsinə verdik. O dövrdə bütün Qarabağ əlilləri və şəhid ailələri kommersiya obyektləri ilə təmin olundu, bu da aztəminatlı ailələr üçün böyük töhfə idi. Hər ay aztəminatlı ailələrə otuz tondan artıq ərzaq məhsulları paylanırdı.

​“İNDİ İSƏ...”

Hazırda isə Qaradağ rayonunda büdcə vəsaiti talan edilir, abadlıq adı altında iş adamlarından vəsait toplanır. Rayonda son dövrdə 50 mindən yuxarı qanunsuz tikili var. Bunlardan yığılmış vəsaitin miqdarı 200 milyondan yuxarıdır. Prezident bu rayondakı tədbirlərdə iştirak etdiyi onun getdiyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Qismən aparılan abadlıq işləri ara fəhlələri tərəfindən icra olunur, bunlar da günəmuzd işləyirlər. Büdcədən ayrılan iri vəsaitlərin hara getdiyi məlum deyil. İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi biz sakinlərə məlum deyil. Görülən işlər isə o dövrlə müqayisədə sıfra bərabərdir. Rayonda baş verənlərin fonunda icra başçısı Süleyman Mikayılovun günü-gündən varlanması biz sakinlərin haqlı narazılığına səbəb olur”.

Keçmiş icra başçısı müavini müraciətini Prezident Administrasiyasına da ünvanlayıb.

Qaradağ rayon İcra Hakimiyyəti

Qaradağ rayon İcra Hakimiyyəti

Qaradağ rayon icra hakimiyyətindən isə bildiriblər ki, Ağahüseyn Ağayev vəzifədən çıxarıldıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Qaradağ rayonu ərazisində abadlıq işləri aparılarkən ailə üzvlərinə məxsus ticarət obyektləri sökülüb. Ağahüseyn Ağayev də bundan sonra icra hakimiyyətinə qarşı qərəzli şikayətlər yazmaqla məşğuldur.

Ağahüseyn Ağayev əvvəllər də “Qaynar xətt”imizə 3 obyektinin sökülməsi, 1 obyektinin əlindən alınması ilə bağlı şikayət edib. Ancaq o, hazırkı şikayətlərinin həmin məsələlərlə əlaqəsi olmadığını deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG