Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:45

«Problem Obama-nın Putin-i tanımamağındadır»


Russia -- President Vladimir Putin watches military exercises aboard 'Pyotr Veliky' heavy nuclear missile cruiser in Murmansk Region, August 17, 2005

Russia -- President Vladimir Putin watches military exercises aboard 'Pyotr Veliky' heavy nuclear missile cruiser in Murmansk Region, August 17, 2005

-
Amerikalı senator John McCain Ukrayna hadisələrinin səbəbini Obamanın Putini yaxşı tanımamağında görür:

“Fundamental problem Obamanın Putini tanımamağındadır. Obama Putinin ambisiyalarını anlamır. O başa düşmür ki, Putin köhnə KQB polkovnikidir və məqsədi Sovet imperiyasını bərpa etməkdir”.

McCain nə təklif edir?

“Putini G8-dən çıxarıb atmaq lazımdır. G8-nin yerinə G7 olmalıdır.”

“Gürcüstan və Moldova üçün NATO-ya daxil olmağa yol tapılmalıdır və bu yol çevik olmalıdır”.

OLİQARXLARIN PULU

Ukrayna hadisələrinə görə Rusiya oliqarxlarının da başı ağırıya bilər. Bunu isə Fransanın xarici işlər naziri Laurent Fabius deyir. Onun sözlərinə görə, martın 6-da Avropa Birliyinin xüsusi sammiti Rusiyaya qarşı sanksiyaları səsə qoyacaq.
Nazirin dediyinə görə, sanskiyalar o cümlədən, bir sıra oliqarxların hesablarını hədəfə ala bilər.

Sanksiyaların digər hədəfləri vizalardır və hazlırda gedən iqtisadi danışıqlardır.

Ancaq Fabius hesab edir ki, sanskiayalar səs verməyə çıxarılmaya da bilər, əgər Rusiya vəziyyəti gərginləşdirməsə.

Fabius çıxış yolunu dialoqda görür. O deyir: “Biz dialoqa qayıtmalıyıq və nəzərdə tutmalıyıq ki, Ukrayna həm Rusiya, hıəm də Avropa Birliyi ilə birgə işləməlidir”

Fabius bunları Parisdə ABŞ Dövlət Katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna üzrə danışıqları başlanmazdan əvvəl deyib.
Danışıqlar ərəfəsi Lavrov isə bildirib ki, Krımdakı yaraqlılara Rusiya əmr verə bilməz, çünki onlar özünümüdafiə qüvvələridir. “Biz onlara əmr vermirik, onlar bizdən əmr almır.”

Ukraynanın keçmiş baş naziri Timoshenko isə deyib ki, Krımdakı və başqa yerlərdəki vəziyyəti Rusiya ilə Ukrayna yox, bütün dünya müzakirə etməlidir. Çünki Ukraynada indi baş verənlər bütün dünyanı dəyişə bilər.

NEFT

Qərb Rusiyanı cəzalandırmaq üçün Rusiya neftinə embarqo qoya bilərmi?

ABŞ-ın Morgan Stanley investisiya bankı hesab edir ki, bu , çox çətindir. Çünki bunun effektiv olması üçün buna BMT Təhlükəsizlik Şurasının qərarı lazımdır.
Şuranın üzvü olan Rusiya buna imkan verməz.

Ilham Şaban

Ilham Şaban


Bəs Qərb dünya bazarında neftin qiymətini kəskin azalda bilərmi ki, Rusiyanın gəliri azalsın?

Enerji məsələləri üzrə ekspert İlham Şaban:“Dünya bazarında neftin qiyməti bir çox amillərlə müəyyən olunur. Bu, təkcə siyasi istəklərdən və ya hansısa ölkələrin istəyindən asılı olan məsələ deyil”.

Bəs ola bilərmi ki, ABŞ məsələn, Səudiyyə Ərəbistanından xahiş etsin ki, qiyməti salmaq üçün bazara əlavə neft çıxarsın?

İlham Şaban: “Səudiyyə Ərəbistanının özünün iqtisadiyyatı bir qütblüdür, neftdən asılıdır. Neftin qiyməti 90 dollardan yuxarı olanda bu iqtisadiyyat özünü komfortlu hiss edir. Rusiya iqtisadiyyatı üçün bu komfortlu qiymət neftin 100 dollardan baha olmağıdır. Düzdür, qiymət 70 dollar olsa, Rusiya iqtisadiyyatı çökər. Ancaq Səudiyyə Ərəbistanının öz iqtisadiyyatına da zərər dəyəcək. Bunu kim ödəyəcək? Və kimsə ödəyəcəkmi?

Ukraynada Rusiya –Qərb qarşıdurmasının Azərbaycanın neft və qaz işinə, layihələrinə, kəmərlərinə təsiri varmı?

İlham Şaban: “Keçən əsrin 90-cı illərində Rusiyanın başı Çeçenistan müharibəsinə qarışdı və Azərbaycan Əsrin müqaviləsini, daha sonra Bakı-Ceyhan neft kəmərini reallaşdıra bildi. İndi də fikrimcə, oxşar vəziyyət yaranır. Yəni Azərbaycana yeni imkanlar yarana bilər.

Bəs belə fikir də var ki, Rusiya Ukraynada uduzsa, əvəzini Azərbaycandan çıxa bilər..

İlham Şaban: Rusiya enerji layihələrində Azərbaycanla sərt danışmaq arzusunda deyil. Çünki Azərbaycanı özünə düşmən etmək bütün Qafqazı itirmək demək ola bilər. Başqa bir misal. Rusiya türkmən neftinin Mahaçqaladan Novorossiyskə ötürülməsinə ümid edirdi. Ancaq Xəzərin sağ sahilindən, Azərbaycandan keçməklə Bakı-Ceyhan kəmərilə bu il 3,5 milyon ton Türkmənistan nefti ötürüləcək. Eyni qayda ilə 4,5 milyon ton Qazaxıstan nefti Azərbaycandan keçməklə Bakı-Ceyhana vurulur.

Belə ümumiləşdirib, demək olarmı ki, Azərbaycanın enerji imkanları o qədər genişdir ki, Ukrayna hadisələri buna prinsipcə təsir göstərə biıməz.

İlham Şaban: Prinsipcə, təsir edə bilməz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG