Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:12

Jurnalist Zülfüqar Rüfətoğlu komadadır


-
Jurnalist Zülfüqar Rüfətoğlu iki gündür koma vəziyyətindədir. Hazırda o Bakıdakı özəl klinikalarının birində müalicə olunur.

Qardaşı Rəşad Əhmədzadə AzadlıqRadiosuna bildirib ki, Zülfüqar reanimasiyadadır, dünənki ilə müqayisədə bir qədər irəliləyiş var.

Mədəaltı vəzidəki problemdən və şəkər xəstəliyindən əziyyət çəkən jurnalist koma vəziyyətinə də şəkərin yüksəkliyindən düşüb. Qardaşının sözlərinə görə, hazırda həkimlər onun ayılmasını gözləyir. Bundan sonra o mədəaltı vəzidən əməliyyat olunacaq.

1958-ci ildə anadan olan Zülfüqar Rüfətoğlu 30 ildən çoxdur peşəkar jurnalist kimi fəaliyyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG