Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16
-
Ötən il Suriyada təlimlərə qatılan Azərbaycan vətəndaşları saxlanıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə, hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.

Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

“SOVETSKİ” SAKİNLƏRİ HÖKUMƏTİN SON QƏRARİ İLƏ RAZILAŞMADILAR

Sovetski

Sovetski

“Bizim Yol” qəzeti yazır ki, məhəllə sakinləri hökumətin 1500 manat təklifini qəbul etmir.

Sakinlər məcburən evlərindən çıxarılacaqlarından narahatdırlar. Deyirlər ki, “nə olsun ki, deyirlər “kim istəmir məcburi çıxarmayacağıq”. Elə bu sözün özündə də bir şantaj, məcburiyyət var. Qazımızı, işığımızı kəsəcəklər, sonra da deyəcəklər xoş getdin. Onların qarşısında axmaq yoxdur, nəyin necə olduğunu əla bilirik”.

“SOVETSKİ”NİN SÖKÜLMƏSİ İNFRASTRUKTUR BAXIMINDAN BAKIYA GÖZƏLLİK VERƏCƏK

“Yeni Azərbaycan” qəzeti yazır ki, hazırda Bakının “Sovetski” adlanan ərazisinin yenidən formalaşdırılması ilə bağlı dövlət tərəfindən xüsusi plan həyata keçirilir.
“Evlər ərazidə salınacaq parka görə sökülür. Eyni zamanda, ərazidə yerləşən evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı, həm də qəzalı vəziyyətdədir”.
Qəzet yazır ki, sözügedən ərazilərin sökülməsi infrastruktur baxımından Bakıya gözəllik verəcək. “Ona görə ki, orada bir dənə də olsun baxımlı bina qalmayıb”.

“GƏLƏCƏK NƏSİLLƏRİN HAQQINI NİYƏ YEYİRLƏR?”

Qubad İbadoğlu

Qubad İbadoğlu

“Media forum” saytına danışan iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda neft gəlirlərinin idarə olunması strategiyasına əməl edilmədiyini deyib. Deyib ki, 2014-cü ildə Dövlət Neft Fondunun gəlirlərinin 11 milyard 627 milyon manat, xərclərinin isə 11 milyard 350 milyon manat təşkil etməsi nəzərdə tutulur: “Bu o deməkdir ki, əldə edilən gəlirlərin 97,6 faizi xərclənəcək. Neft Fondu gəlirlərin 2012-ci ildə 77,3, 2013-cü ildə 90,4 faizini xərcləyib. Göründüyü kimi, 2012-ci ildə yığıma gedən hissə 22,7, 2013-cü ildə 9,4 faiz olub, 2014-cü ildə isə 2,4 faiz olacağı gözlənilir. Bu isə 27 sentyabr 2004-cü ildə imzalanmış “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”sının prinsiplərinə ziddir.

Həmin prinsiplərdə göstərilir ki, neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir. Görəsən, neft gəlirlərinin xərclənməsinə sərəncam verənlər prezidentin sərəncamını niyə nəzərə almırlar və bununla da indiki gənclərin və gələcək nəsillərin haqqını niyə yeyirlər?”

GÜLƏR ƏHMƏDOVANIN VƏKİLİ AMERİKA DÖVLƏT DEPARTAMENTİNƏ QARŞI

Gülər Əhmədova

Gülər Əhmədova

Həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov “Yeni Müsavat” qəzetinə göndərdiyi müraciətdə ABŞ Dövlət Departamentinin hesabatına etirazını bildirib.

Ə.Talıbov bildirib ki, hesabatda verilən məlumatın heç bir hüquqi əsası yoxdur. Onun sözlərinə görə, G.Əhmədova barəsində olan qanunsuz hökm Elşad Abdullayevin təqdim etdiyi saxta sübut əsasında çıxarılıb: “Belə ki, Elşad Abdullayevin təqdim etdiyi bir ədəd DVD ekspertlərin rəyinə əsasən, orijinal deyil, bir formatdan digər formata keçirilib, DVD-də sinxronluq pozulub, keçid siqnalları qeydə alınıb, DVD-nin çəkildiyi gün, vaxt müəyyən edilməyib”.

QANUNSUZ DİNİ TƏBLİĞAT APARAN 88 NƏFƏR HAQDA TƏDBİR GÖRÜLÜB

Ötən il qanunsuz dini təbliğatla məşğul olan 88 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb. İstehsalına və idxalına müvafiq icra orqanın razılığı alınmamış 1817 ədəd dini ədəbiyyat, 654 broşüra və 1288 ədəd kompakt disk aşkarlanıb götürülüb.

Modern.az saytı yazır ki, bu faktlar Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda yer alıb. Hesabatda qeyd edilir ki, hökumətin 8 oktyabr 2009-cu il tarixli 266s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması halları qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı”nın aidiyyəti müddəalarının yerinə yetirilməsi tədbirlərinin icrası da davamlı olub.

“MİN BİR TƏZYİQ ETDİLƏR Kİ, ONLARI ORDAN ÇIXART”

AXCP-nın qərargahı

AXCP-nın qərargahı

“Azadlıq” qəzeti yazır ki, Fövqəladə Hallar Nazirliyi AXCP-nin qəzalı olduğunu bildirdiyi qərargahını uçurma qərarı verəndən sonra binanın Türkiyədə yaşayan sahibi Azər Əsgərov dünən Bakıya gəlib. O, binanın partladılaraq uçurulmasına yeganə səbəb oranı AXCP-yə icarəyə verməsi olduğunu bildirib: “Min bir təzyiq etdilər ki, onları ordan çıxart. Mən də etmədim. Niyə də edim? İnternetdən izləyirəm, görürəm ki, bu adamlar vətən üçün, azadlıq üçün çalışırlar, həbsə düşürlər, dönmürlər. Buranı sökdülər, eybi yox, birini də alıb cəbhəçilərə verərəm”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG