Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:49

Krım rəhbərliyi Ali Rada ilə danışıqlardan imtina edib


-
Krım rəhbərliyi Ukraynanın yeni hakimiyyətini legitim hesab etmədiyi üçün Ali Radanın nümayəndələri ilə danışıqlardan imtina edib.

Bunu Krım Muxtar Respublikasının baş naziri Sergey Aksenov bildirib.

O deyib ki, Krım hökuməti hələ danışıqlar barədə təklifə cavab verməyə hazır deyil.

Fevralda Krım hakimiyyəti Ukraynanın yeni hakimiyyətini tanımaqdan imtina edib. Muxtar respublikanın parlamentini istefaya göndərib. Bundan sonra baş nazir postuna “Rus birliyi” təşkilatının lideri Sergey Aksenovu təyin edib. Bölgənin statusu haqqında referendum elan edilib.

Referendumun martın 30-da keçiriləcəyi gözlənilir.

Ukrayna hakimiyyəti Aksenovun təyinatını və Krımda referendum keçirilməsini qanunsuz adlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG