Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34
-
Martın 5-də saat 10:45-də Xalq şairi Səməd Vurğunun ev-muzeyinin (T.Əliyarbəyov küçəsi, 6) yeni ekspozisiyasının açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabrında Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir.

Muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu, fəal ictimai xadim kimi tanındığı mənzildə yerləşir.

Prezident sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib.

Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılıb.

Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur.

Digər otaqlarda qurulmuş ekspozisiya isə S.Vurğunun həyatı, yaradıcılığı və ictimai fəaliyyətini əks etdirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG