Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:03
-
“Ucarın ən mərkəzi küçəsidir. İcra hakimiyyətinin, sosial müdafiə mərkəzinin, Əmlak şöbəsinin, başqa dövlət idarələrinin inzibati binaları bu küçədə yerləşir. Ətrafdakı binaların kanalizasiya suları düz küçənin ortasındakı kiçik kanala axıdılır. Oradan isə təqribən 1 kilometr aralıdakı başqa kanala axıb gedir. Üfunətdən həmin ərazidən keçmək olmur”.

Ucar rayon sakini Rasim Kamilov AzadlıqRadiosunun “Qaynar xətt”inə rayonun Heydər Əliyev prospektindəki vəziyyətdən şikayət edir. Deməsinə görə, 5 ildir ki, ətraf binaların çirkab suları prospektə axıdılır. Üfunətdən ərazidən keçmək olmur:

"ƏZİYYƏTİNİ BİZ ÇƏKİRİK"

“Bu vəziyyət təqribən 500 metr ərazini əhatə edir. Kanalizasiya xətləri çəkirdilər. Demişdilər, 2013-cü ilin sonunadək işləri bitirəcəklər. 2013-cü il də başa çatdı, işləri yarımçıq qoyub getdilər. Gah dedilər pul qurtarıb, gah dedilər, fəhlələrin maaşı verilməyib. Əziyyətini yenə biz çəkirik”.

Sakin deyir, həmin küçədə yerli icra hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin, Əmlak komitəsinin inzibati binaları yerləşir:

“Mərkəzi küçə ola, özü də Heydər Əliyevin adına, gəl ki, üfunətdən keçmək olmur. Yerli icra hakimiyyətinə də şikayət edirik, deyirlər, bizlik deyil, gedin su idarəsinə şikayət edin, gəlib xətləri çəkib başa çatdırsınlar”.

Arxiv - foto

Arxiv - foto

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir, Ucar şəhərində indiyə qədər mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayıb. Şəhərdə yaranan tullantı suları açıq kanallarla axıdılaraq kənarlaşdırılır:

“Heydər Əliyev prospektində mövcud olan kanalizasiya xətləri mütəmadi olaraq nəzarətdə saxlanılır və tutulmaların qarşısının alınması üçün davamlı tədbirlər görülür. Prospekt boyunca yerləşən binaların tullantı sularının prospektə axıdılması qeydə alınmayıb. Binalar səviyyə baxımından prospektdən aşağı hissədə yerləşdiyindən bu mümkün deyil.

UCARDA LAYİHƏ HƏYATA KEÇİRİLİR

Tullantı sularının şəhər kənarından keçən açıq kanala axıdılmasına gəlincə bildiririk ki, hazırda sakinlərin bir qismi çirkab suları primitiv qaydada şambolara axıdır və tullantı sularının bir qismi həmin kanala tökülür”.

Anar Cəbrayıllının sözlərinə görə, Ucarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə yeni layihə həyata keçirilir:

“Artıq 105 km uzunluğunda su şəbəkəsinin tikintisi yekunlaşıb və yeni mənbədən şəhərə içməli suyun verilməsi təmin edilib. Hazırda Ucar şəhər əhalisi 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Bununla paralel olaraq, kanalizasiya inftrastrukturu yaradılır. Layihəyə əsasən, şəhərdə 88 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq. İndiyədək bu xətlərin 20 km-i çəkilib. Kanalizasiya xətlərinin çəkilişi başa çatdıqdan sonra bütün abunəçilər bu infrastruktura qoşulacaq”.

Anar Cəbrayıllı bildirib ki, tullantı sularının zərərsizləşdirilməsi üçün şəhər yaxınlığında çirkab sutəmizləyici qurğu da tikilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG