Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:06
-
Martın 4-də Salyanda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü öldürülüb.

Qaraçala kəndinin sakini Aydın Xəlilovu naməlum şəxslər öldürüb.

Salyan rayon prokurorunun köməkçisi Ədil Mirzəyev AzadlıqRadiosuna faktı təsdiqləyib. O bildirib ki, müstəntiq hadisə yerinə gedib və hələlik, qətllə bağlı hər hansı ehtimal yoxdur.

KXCP mətbuat xidmətinin rəhbəri Xəzər Teyyublu AzadlıqRadiosuna bildirib ki, Aydın Xəlilovu bu gün səhər saatlarında naməlum şəxslər bıçaqlayıb, sonra da güllələyiblər.

Xəzər Teyyublu mərhumun KXCP Qaraçala kəndi özəyinin üzvü olduğunu söyləyir. O, qətllə bağlı şübhələrə istintaqın aydınlıq gətirə biləcəyini deyir.
XS
SM
MD
LG