Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:30

ATƏT-in Minsk Qrupu İsveç hökuməti ilə məsləhətləşmələr aparır


James Warlick
James Warlick
Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk Qrupu İsveç hökuməti ilə məsləhətləşmələr aparır.

Bu barədə Minsk Qrupunun amerikalı həmsədri James Warlicközünün Twitter səhifəsində yazıb.Həmsədr artıq Stokholma getdiyini bildirir.

Qeyd edək ki, Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ danışıqlarını canlandırmaq niyyətində olduqlarını bildiriblər. Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu yaxınlarda Azərbaycanın xarici işlər naziri ilə yenidən görüşmək fikrində olduqlarını bildirib.

Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.
XS
SM
MD
LG