Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32
-
“20 ildir bu küçədə qaz yoxdur. 5 il əvvəl isə gəlib olan-qalan qaz xətlərini də kəsib atdılar kənara. Dedilər yeniləri çəkiləcək, sonra da qaz veriləcək. Düz 5 ildir gediblər, səs-soraqları yoxdur”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Cəlilabadın Göytəpə kəndində yaşayan Xəqani Səmədov deyir. Onun sözlərinə görə, ətraf küçələrdəki mənzillərə maye qaz verilsə də, Sahib Əsgərov küçəsindəkilər hələ də odunla qızınırlar:

QAZANCIMIZ ODUNA GEDİR

“Bizim küçə sanki ibtidai icma dövrünü yaşayır. Qazancımızın çox hissəsi oduna gedir. Kəsib atdıqları qaz xətləri hələ də küçədə qalıb”.

Sahib Əsgərov küçəsində azı 250 ailə yaşayır. Sakinlər yerli icra hakimiyyətinə və qaz idarəsinə dəfələrlə şikayət ediblər. Bu şikayətlər də müsbət nəticə verməyib.

Cəlilabadın Qaz İstismar İdarəsindən “Qaynar xətt”ə bildiriblər ki, kəndlərdə küçələrin qazlaşdırılması növbəli qaydada aparılır. Yaxın vaxtlarda qaz xətti çəkənlər Sahib Əsgərov küçəsinə də gəlib çıxacaqlar. Sakinlər isə inanmırlar. Xəqani Səmədov:

“Bizə də həmişə eyni sözü deyirlər. 20 ildir deyirlər. Görəsən nə vaxt sözdən əmələ keçəcəklər? Artıq inamımız qalmayıb”.

Yerli qaz idarəsi isə sakinlərə bir qədər də səbr etməyi məsləhət görür.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG