Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:46

Putin Rusiyanın Krımda hərbi əməliyyatına ehtiyac dumadığını deyir


Vladimir Putin
Vladimir Putin


Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Ukrayna prezidenti Viktor Yanukovych-in hakimiyyətdən uzaqlaşdırılması bu ölkənin konstitusiyasına zidd olaraq həyata lkeçirilmiş hakimiyyətin silah gücünə mənimsənməsidir.

Martın 4-də Novo-Oqarevoda iqamətgahında keçirdiyi mətbuat konfransında Putin bildirib ki, Ukryna prezidenti Viktor Yanukovych faktiki olaraq hakimiyyəti verib, müxalifətin bütün tələblərini yerinə yetirməyə hazır olduğunu bildirmişdi. Belə olan halda dövlət idarələrini tutub onu hakimiyyətdən kənarlaşdırmağa ehtiyac zərurət yox idi.

Rusiya lideri düşünür ki, Ukraynada hazırda legitim hakimiyyət yalnız Ali Radadır (Parlament). Amma Dövlətin hüquqi cəhətdən qanuni rəhbəri yalnız Yanukovych olaraq qalır.

Putin bəyan edib ki, Krıma humanitar yardım ediləcək, amma bu nregionda Rusiya hərbi hissələrinin əməliyyatlar aparmasına zərurət yoxdur. Ukrayna sərhədləri yaxınlığında Rusiya ordusunun son günlər apardığı hərbi təlimlərinin isə Ukrayna böhranı ilə heç bir əlaqəsi yoxdur.

Vladimir Putin onu da əlavə edir ki, Ukraynada kordinal dəyişikliklərlə bağlı tələbləri anlayır. Çünki Ukrayna xalqı illərdir müxtəlif səviyyəli korrupsioner məmurların zülmündən əziyyət çəkir.
XS
SM
MD
LG