Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:46
-

Müsabiqəyə bu saata qədər əsər göndərənlərin sayı - 96


Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da şeir, hekayə müsabiqəsi başlandı.

“Ədəbi Azadlıq-2014” müsabiqəsinə hər kəs qatıla bilər.

Amma müsabiqəyə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul edilir (sosial şəbəkələr və şəxsi bloqlar istisna olmaqla).

Hekayə və şeirlər üçün heç bir mövzu məhdudiyyəti yoxdur.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Şeir müsabiqəsinin maksimum 2 şeir göndərmək olar.

Hekayə müsabiqəsinə isə yalnız 1 hekayə yollamaq olar (həcmi 20 min kompüter işarəsini keçməməlidir).

Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.

Həm şeir, həm də hekayə nominasiyasında baş mükafat – ən bahalı iPhone-dur: iPhone-5S.

2-ci və 3-cü mükafatçılar hədiyyələrini özləri seçə bilərlər.
iPhone-5S

iPhone-5S


2-ci yerın sahibi Netbook, yaxud videokamera, 3-cü yerin sahibi isə E-book reader, yaxud Fotoaparatla mükafatlandırılacaq.

Əsərlərinizi oxuzali@azadliqradiosu.az ünvanına göndərə bilərsiniz.

Əsər qəbulu martın 4-dən aprelin 4-cən (həmin gün də daxil olmaqla) davam edəcək.

ŞƏRTLƏR HAQDA ƏTRAFLI

Müsabiqə 4 mərhələdə keçiriləcək. Şeir və hekayələr münsiflərə imzasız təqdim ediləcək.

İlk mərhələdə münsiflərin hər biri şeir və hekayələrin içindən ən yaxşı hesab etdiyi 20 əsəri seçib 1-dən 20-cən balla qiymətləndirəcək.

Münsiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin şeir və hekayə 20-likləri müəyyən ediləcək.

İkinci mərhələdə artıq imzası bilinən əsərlər arasından 10-luq müəyyən ediləcək, üçüncü mərhələdə isə 10-luq “Oxu zalı”nda on-line səsverməyə çıxarılacaq.

Bu dəfə - oxucular öz seçimini edəcək.

Və dördüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.

Beləliklə, müsabiqənin bütün mərhələlərində verilən balların cəmi ilə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, münsiflərin hər biri müsabiqəyə təqdim olunan əsərlərin hamısını oxuyacaq. Bu isə həm Azərbaycan şəraitində müsabiqəyə mümkün kənar təsirlərin minimuma endirilməsinə, həm də yekun seçimin daha obyektiv olmasına xidmət edəcək.

Münsiflərimiz haqda bundan artıq məlumat verilməyəcək və onların adları əvvəlki illərdə olduğu kimi müsabiqənin iyunun əvvəlində keçirilməsi planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq.

Müsabiqələrimizin yekununda çap edəcəyimiz kitabda 30 seçmə hekayə və 30 müəllifin seçmə şeirləri (müsabiqədə toplanan ballara uyğun olaraq) yer alacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG