Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:04

Moldovanın baş naziri ABŞ-da: “Ukraynada baş verənlərdən narahatıq”


John Kerry (sağda) və Iurie Leanca

John Kerry (sağda) və Iurie Leanca

ABŞ-ın dövlət katibi John Kerry Moldovanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaq yönündə səylərinə dəstək verdiyini bildirib.

O Washington-da Moldovanın baş naziri Iurie Leanca ilə görüşür.

Kerry təəssüflə bildirib ki, Ukraynadakı bəzi problemlər Moldovanı da təzyiq altında saxlayır.

O deyib ki, avrointeqrasiya yönündə irəliləyən Moldovada iqtisadiyyat sahəsində rəqabət mühitinin möhkəmlənməsi üçün ABŞ tərəfindən ayrılan vəsait artırılacaq.


Leanca Moldovanın 23 illik müstəqillik tarixində ABŞ-dan aldıqları dəstəyə görə Kerry-yə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Moldova ABŞ-la strateji dialoqa başlayır və bu, regionun üzləşdiyi bəzi problemlər şəraitində ölkədə demokratiyanın daha da oturuşmasına yol açacaq.

“Ukraynanın üzləşdiyi problemlər bizim üçün dərin bir narahatlıq mənbəyidir. Moldova müstəqilliyinin ilk illərindən öz ərazisində separatçı hərəkatla üz-üzə qalıb. Biz separatizmin nə demək olduğunu bilirik” – deyən baş nazir təəssüflə qeyd edib ki, indiyəcən Dnestryanı problemini yoluna qoymaq mümkün olmayıb. Onun fikrincə, beynəlxalq ictimaiyyət anlamalıdır ki, separatizm problemi vaxtında həll edilməyəndə daha təhlükəli olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG