Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:06

İtalyan yazıçının məşhur romanı Azərbaycan dilində


-

“Ürəyinin apardığı yere get” romanı Umberto Ekonun “Qızılgülün adı” romanından sonra İtaliyada böyük uğurlara imza atan və ən çox satılan kitablar siyahısından düşməyib.

"Qanun" nəşriyyatının Azərbaycan dilində çap etdiyi roman səksən yaşlı bir nənənin Amerikada oxumağa və yaşamağa qərar verən nəvəsinə yazdığı, lakin göndərmədiyi məktublardan ibarətdir.

Nənə bu məktublarda özünün və qızının həyatının bəzi məqamlarını, dəyişən adətlər, dəyərlər, duyduqlarını qələmə alaraq gəncliyində edə biləcəyi, amma cürət etmədiyi şeyləri nəvəsinə anladarkən hər şeydən öncə ürəyin səsinə də qulaq asmağı məsləhət görür:

İlk çevrilişi insan öz içində etməlidir, bəli, ilk və ən əhəmiyyətli çevriliş budur. İnsan özü haqqında bir düşüncəyə sahib deyilsə, bir məqsəd uğrunda vuruşmaq atılacaq ən təhlükəli addımdır…

Tərcümə: Tоvuz Teymurova.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG