Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:26
“ATƏT-in ilkin müşahidəçilər missiyası artıq bu gün axşam Ukraynada olacaq.
Amma Rusiyanın etirazı geniş miqyaslı müşahidəyə imkan vermir”.

Bunu ABŞ Dövlət katibinin köməkçisi Victoria Nuland bu gün ATƏT-in Vyanada keçirilən xüsusi görüşü çərçivəsində deyib.O konsensusa gəlmək, düzgün seçim edərək ordunu Ukraynadan çıxarmaq üçün Rusiyanı digər ölkələrə qoşulmağa çağırıb.

Məlumatlara görə, Rusiya ordusu Krımda möhkəmlənməkdə davam edir, yarmadada hərbi gəmi və texnikaların cəmləşməsi müşahidə olunur.Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə bir daha Ukraynadakı vəziyyətə görə, xarici qüvvələri günahlandırıb.

Hazırda Kiyevdə olan Böyük Britaniyanın xarici işlər naziri William Hague (Uilyam Heyq) isə vəziyyətin olduqca təhlükli olduğunu bildirib.

Böyük 7-lər ölkələri isə bundan əvvəl Böyük 8-lərin Soçi sammitini baykot edəcəklərini bəyan ediblər.Sammit iyunun 8-də keçirilməlidir.Qeyd edək ki, böyük 8-lər qrupuna, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Rusiya daxildir.

ABŞ Dövlət Katibi John Kerry xəbərdarlıq edib ki, Rusiya buna görə beynəlxalq aləmi itirə bilər.Kerrinin çərşənbə axşamı Kiyevə səfəri gözlənilir.

Rusiya bu günlərdə lazım gəlsə Ukrayna ərazisindəki hərbi qüvvələrindən istifadə edilməsi barədə qərar qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG