Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:38
-
Gəncədə bu ilin sonu 3 mərtəbəli yeraltı qaraj istifadəyə veriləcək.

Bu barədə Gəncə şəhərinin baş memarı Əli Rüstəmli deyib. Bildirib ki, yeraltı avtomobil dayanacağı Gəncədə inşa edilən 8 mərtəbəli Filarmoniya binasının altında tikilib.

Baş memar ilin sonunadək Filarmoniya binasının da tamaşaçıların istifadəsinı veriləcəyini deyir.

Qeyd edək ki, Gəncədə 2012-ci ildə tikintisinə başlanılan filarmoniya binasının 3000 nəfər tamaşaçı tutumu olacaq. Bundan başqa 4 əlavə zal da inşa edilib. Binanın üz fasadında tanınmış şəxslərin heykəlləri yerləşdiriləcək.

Filarmoniya binası ərazisində açıq qalereya və yay kinotetarının da olması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG