Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

Avropa Birliyi Azərbaycanda insan hüquqlarının pozulmasını diqqətlə izləyir


Avropa Birliyi

Avropa Birliyi

-
Bu haqda Avropa Birliyinin Avropa qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Stafan Fulenin nümayəndəsinin Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa göndərdiyi cavab məktubunda deyilir.

Sülh və Demokratiya İnstitutundan verilən məlumata görə, Leyla Yunus fevralın 18-də Fulenin adına məktub göndərilib. Məktubda Bakıda mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması, Bakı meriyasının məhkəmə qərarlarının icrasından imtina etməsi, keçmiş “Sovetski” küçəsində kütləvi qanun pozuntuları və vətəndaşların hüquqlarının pozulması faktları sadalanır.

Avropa Birliyinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT məsələləri üzrə şöbəsinin rəhbəri Dirka Shubelin imzaladığı məktubda deyilir:

“Avropa Birliyi Azərbaycanda söküntü və məcburi köçürülmə faktları üzrə iddiaları diqqətlə izləyir. Avropa Birliyi -Azərbaycan insan hüquqları və demokratiya üzrə alt komitənin fevralın 3-4-də keçirdiyi iclasda qurum rəhbərliyi Azərbaycan hakimiyyətini söküntü və köçürülmə faktları ilə bağlı təcili tədbirlər görməyə çağırıb. Biz həmçinin Azərbaycan hakimiyyətini məhkəmə qərarı nəticəsində mülkiyyətindən məhrum edilmiş şəxslərə yetərincə kompensasiyanın ödənilməsi, milli qanunvericiliyə və Azərbaycan hökumətinin qəbul etdiyi beynəlxalq öhdəliklərə uyğun olaraq şəffaf məhkəmə çəkişmələrinin təminatı üzrə tədbirlər həyata keçirməyə çağırırıq”.

SDİ mülkiyyət hüquqlarının kütləvi pozulması ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, Bakıda mülkiyyət hüquqlarının pozulmasını izləyən beynəlxalq hüquq-müdafiə təşkilatlarının iştirakı ilə Avropa Birliyində dinləmələrin keçirilməsi xahişi ilə komissar Fuleyə ikinci məktubu göndərib.

SDİ-nin məlumatına görə, 2008-2012-ci illərdə 60 mindən çox Bakı sakini qanunsuz olaraq öz mülkiyyətindən məhrum edilib. 2014-cü ildə isə 80 min vətəndaşı evinin sökülməsi təhlükəsiz gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG