Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:52

Ukraynanın yeni hökuməti Denis Berezovskyini vətənə xəyanətdə ittiham edir


Denis Berezovsky

Denis Berezovsky

-
Ukraynanın yeni hökuməti Sevastopolda qərargahını rus hərbçilərə təslim edən Dəniz Qüvvələri Komandanı Denis Berezovsky-yə cinayət işi açıb.

Denis Berezovsky Vətənə xəyanətdə ittihamı olunur.

Yeni hökumət Berezovsky-ni bu vəzifəyə ötən şənbə təyin etmişdi. Bazar günü isə o, televiziya vasitəsilə, Krım parlamentinin muxtar vilayətin yeni baş naziri seçilən rusiyapərəst siyasətçi Sergey Aksyonova sadiqliyini bəyan etmişdi. Bundan dərhal sonra rəsmi Kiyev Denis Berezovsky-ni vəzifədən azad edərək, ona qarşı cinayət işi açıb.

Kiyevin tanımadığı Aksyonov isə Ukraynanın yarımadadakı hərbi dəniz qüvvələrinə Kiyevdən hər hansı əmri yerinə yetirməməyi tapşırdığını bildirib.

Bu arada rus qoşunları yarımadada öz mövqelərini artıq möhkəmlədiblər. Onlar Krımdakı Ukrayna hərbçilərinin silahlarını təhvil vermələrini istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG