Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Kerry-dən Putinə ittihamlar yağışı: "Bəlkə də Putin Böyük Səkkizliyin sammitinə qədər hakimiyytdə qala bilməyəck"


ABŞ Dövlət Katibi John Kerry bildirir ki, Rusiyanın Ukraynaya “ağlasığmaz təcavüzü uydurma bəhanələrlə əsaslandırılan” amma “inadkarcasına, qəsdən” bir ölkənin işğalıdır.

Bazar günü ABŞ-da CBS telekanalına müsahibəsində Dövlət Katibi xəbərdarlıq edib ki, ABŞ və başqa ölkələr bu addıma qarşı “çox ciddi cavab” verəcəklər. Bura o cümlədən Rusiyaya qarşı sanksiyalar və onun iqtisadi cəhətdən təcrid olunması da var.

John Kerry həmçinin qeyd edib ki, Vaşinqtonun bu ilin iyununda Soçidə keçirilməsi gözlənən sənayecə inkişaf etmiş Böyük Səkkizlik ölkələrinin görüşünü boykot edə bilər:

- Rusiyanın hərəkəti 21-ci əsrdə 19-cu əsr qaydaları ilə davranmaqdır. Bu addımlarını davam etdirsə, Böyük Səkkizlik ölkələrinin Soçiyə getmələrinin mənası yoxdur. Amma bud a hamısı deyil. Vu görüşün boykot edilməsi sadəcə başlanğıcdır. Rusiya sərmayələrə və ticarətə möhtacdır. Dünən mənim söhbət etdiyim Böyük Səkkizlik ölkələrinin, eləcə də başqa dövlətlərin Xarici İşlər nazirləri arasında yekdil fakir budur ki, Rusiya sadəcə təcrid oluna bilər. Onlar artıq Rusiya ilə normal biznes qurmamağı nəzərdə tuta bilərlər.

Böyük Səkkizlik ölkələrinə ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya, italiya, Yaponiya və Rusiya daxildir.

John Kerry bildirir ki, o, həmçinin başqa ölkələrdən olan həmkarları ilə Rusiya rəsmilərinə qarşı viza qadağasını tətbiq etməyi, hesabların dondurulmasını, bu ölkəyə qarşı ticarət və investisiya cərimələri tətbiq olunmasını müzakirə edib. Dövlət katibinin qeyd etdiyinə görə bütün bu mümkün sanksiyalar haqqında planlar artıq indidən Rusiya rublunun məzəndə kəskin enişə səbəb olub.

ABŞ-ın xarici siyaəst idarəsinin rəhbəri hesab edir ki, Rusiya Ukrayna ərazisinə hərbi qüvvə yeritməklə “çox böyük səhv” etdi:

- Vladimir Putin bu işdə qalib ola bilməyəcək. Ola bilər hansısa müddətə o, Krımda ordu saxlaya biləcək. Amma beynəlxalq miqyasda o özü, Rusiya, rus xalqı itirəcək. O, 60 milyard dollarlıq fantaziyalarla qurduğu Olimpiya parıltısını uduzacaq. Böyük Səkkizlik ölkələrinin Soçi görüşü boyukot ediləcək. Belə getsə, heç həmin sammitə qədər Böyük Səkkizlikdə qala bilməyəcək.
XS
SM
MD
LG