Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:29

Çin bıçaqlama hücumuna görə separatçıları günahlandırır


-
Çin rəsmiləri dəmiryol stansiyasında bıçaqlanma hadisəsinə görə qərbi Sinzyan (Xinjiang) regiondan olan separatçıları ittiham edir. Şənbə günü qara geyimlilərdən ibarət dəstə cənubqərbi Kunming şəhərindəki stansiyaya hücum çəkib, azı 29 nəfər ölüb, 130 nəfər yaralanıb. Rəsmi Xinhua agentliyi dörd şübhəlinin öldürüldüyünü xəbərləyir.
Rəsmilər hadisəni “təşkil olunmuş, zorakı terror hücumu” adlandırıblar.
Kunming rəsmiləri dəlillərin Sinzyan separatçılarına aparıb çıxardığını bildirib. Bu regionda müsəlman uyğurlar yaşayır.
Prezident Xi Jinping hücumun araşdırılması üçün bütün cəhdləri işə salmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG