Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:28

Magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilir


-
Martın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir.
İmtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılır. İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib.
Onlardan 21874 nəfəri Azərbaycan, 2686 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür.
İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb olunub. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyun tarixlərində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG