Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Ruslar Krım tatarlarına baş nazir vəzifəsi təklif ediblərmiş


Krım tatarlarının lideri Mustafa Qrımoğlu

Krım tatarlarının lideri Mustafa Qrımoğlu

“İş o yerə çatdı ki, onlar (Krım separatçıları – red.) bizə baş nazir postunu təklif etdilər, bir şərtlə - Krım tatarları referendum ideyasını dəstəkləsinlər. Lakin Krim tatarları Məclisinin sədri cavab verdi ki, qanunsuz hakimiyyətlə danışıqlar aparmır” – Bunu AzadliqRadiosuna müsahibəsində Krım tatarlarının lideri, sovet dövrünün məşhur dissidenti Mustafa Qrımoğlu (Cemilov) bildirib.

Krım tatarları Rusiyapərəst qüvvələrin Krımda rastlaşdığı ən böyük problemlərdən biridir. Yarımada əhalsinin 12 faizinə yaxın bir hissəsini təşkil etsələr də Krım tatarları çox yaxşı təşkil olunublar. Onlar Krımın ən qədim sakinləri sayılır və Sovet dövründə sürgün olunub Ukraynanın müstəqilliyi illərində vətənə dənmək imkanı qazandıqlarından siyasi cəhətdən Moskvaya deyil, Kiyevə meyllidilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG