Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:07

Cabbar Savalanlı həbs edilib


Cabbar Savalanlı
Cabbar Savalanlı
-
Martın 1-də AXCP Sumqayıt şəhər təşkilatının üzvü Cabbar Savalanlı barəsində Sumqayıt şəhər Məhkəməsi 20 sutka inzibati həbs qərarı çıxarıb.

Bu haqda AzadlıqRadiosuna onun anası məlumat verib.

«4 aydır əsgərlikdən gəlib, heç yerə çıxmırdı. Bu gün saat 3-ün yarısı çıxdı çölə, bir də xəbər gəldi ki, onu polis saxlayıb. Apardılar məhkəməyə, 20 sutka verdir. Heç yerə getmirdi, ingilis dilini öyrənirdi. Neçə dəfə də gedib çıxarıldığı instituta müraciət edib. Bərpa eləmirlər, heç cür eləmirlər, deyirlər yuxarıdan göstəriş olsun sonra bərpa edək».

Cabbar Savalanlının polisin göstərişinə əməl etmədiyinə görə saxlandığı bildirilir.

O, bundan əvvəl - 2012-ci ilin mayında qanunsuz narkotik saxlama ittihamı ilə 2 il yarım azadlıqdan məhrum edilmiş, elə həmin ilin dekabrında da əfv olunmuşdu.
XS
SM
MD
LG