Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:44

Tələbə yataqxanasında yanğın olub


-
Martın 1-də Tibb Universitetinin yataqxanasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilib. Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Səkkiz mərtəbəli binanın 3-4-5-ci mərtəbələrindən 20 nəfər təxliyə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, yanğından xəsarət alan iki nəfər xarici ölkə vətəndaşları olub. Onlardan birinin Türkiyə, digərinin İspaniya vətəndaşı olduğu bildirilir.

Yanının hansı səbəbdən baş verdiyi bildirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG