Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:51

«Özəl taksilərə sayğaclar quraşdırılacaq»


Kiyevdə «Maydan» meydanı
Kiyevdə «Maydan» meydanı
-
«UKRAYNADAKI HADİSƏLƏRİN AZƏRBAYCANDA YARATDIĞI SUAL»

«Ayna» qəzeti Ukraynada baş verənlərin Azərbaycanda da təkrarlana biləcəyi ilə bağlı ehtimallara toxunur:

«İndi bizdə çoxları cəmiyyətin mənəvi-psixoloji durumunu nəzərə almadan illüziyalara qapılaraq «doğurdanmı, bizdə də bu sayaq hadisələr mümkündür» deyə özlüyündə sual edir...

Vətəndaş duyğusu olan bir kimsə öz ölkəsinə heç vaxt dağıdıcı inqilab, qarşıdurma arzulamaz. Fəqət, bəzən hansısa problemin yaratdığı qarşıdurmalardan da sığortalanmaq da mümkün olmur... Təhlillər göstərir ki, bu etirazların çoxunu yaradan milli genlərdən qaynaqlanan tamah dişinin itiliyi, rüşvət və korrupsiyadır. Səbəbkarlar isə əslində yüksək səlahiyyətləri olan məmurlardır. Bax, cəmiyyət də, hakimiyyət də bunların yaratdığı təhlükədən qorunmalıdır».

«BUNLAR KƏNAR QÜVVƏLƏRİN QURAŞDIRDIĞI SÖZ-SÖHBƏTLƏRDİR»

«Hakimiyyət daxilində bir-birinə qarşı dayanan qruplaşmaların olması haqda deyilənlərin hamısı söz-söhbətdir. Azərbaycan hakimiyyəti vahid bir komanda şəklində fəaliyyət göstərir».

Bunu «Yeni Müsavat»a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib:
Nazim İbrahimov
Nazim İbrahimov

«Biz komanda üzvləri olaraq prezidentimizin qoyduğu və yürütdüyü siyasəti, qarşımıza qoyulan vəzifələri həyata keçiririk. Bütün bunlar hamısı kənar qüvvələrin quraşdırdığı söz-söhbətlərdir...».

«HƏTTA 500 ŞİKAYƏT VƏZİYYƏTİN ACINACAQLI OLDUĞUNU GÖSTƏRİR»

2013-cü ildə polis orqanlarından Ombudsmana 1840 şikayət olunub.
.
«Bir ildə polisdən hətta 500 şikayət artıq vəziyyətin acınacaqlı olduğunu göstərir».

Bunu «Azadlıq» qəzetinə hüquqşünas Əyyub Kərimov söyləyib:

«Bu kifayət qədər pis göstəricidir və müvafiq qurumlar bu rəqəmlərə ciddi yanaşmalıdırlar».

«HEÇ VAXT, HEÇ KİM HEÇ NƏ İLƏ»

«Azərbaycan xalqının ruhunu heç vaxt, heç kim heç nə ilə qıra bilməz».

«Yeni Azərbaycan» qəzetinin yazdığına görə, bu sözləri Moskvada Xocalı faciəsinə həsr olunmuş tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.

«İnanıram ki, dünyada Xocalı hadisələrini soyqırımı kimi tanıyan ölkələrin sayı ildən-ilə artacaqdır. Tezliklə isə dünya birliyi bu faciəyə ədalətli hüquqi və mənəvi qiymət verəcəkdir».

Taksi
Taksi
ÖZƏL TAKSİLƏRƏ SAYĞACLAR QURAŞDIRILACAQ

«Bütün özəl taksilərdə sayğac quraşdırılacaq».

apa-nın yazdığına görə, bunu Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov deyib:

«Taksi fəaliyyəti ilə məşğul olmaq üçün tək lisenziya keçərli deyil. Lisenziya alan şəxs avtonəqliyyat vasitəsini POS-terminalla və sayğacla təmin etməlidir. Bundan sonra sərnişinlər ödənişi nağd pulla yanaşı, plastik kartlarla da edə biləcəklər».

Namiq Həsənovun dediyinə görə, yeni qaydalar tam tətbiq olunandan sonra hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək.

Bu sistemə 2015-ci il Avropa yay Oyunlarınadək keçirilməsi nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG