Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:53

Əliş Ləmbəranskinin 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq


-
Prezident İlham Əliyev Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncamda Əliş Ləmbəranskinin respublikada mühüm sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətləri olduğu vurğulanır.

Sərəncamda Bakı şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm, Energetika nazirliklərinə 100 illik yubileyə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi tapşırılır.

Əliş Ləmbəranski 10 may 1914-cü ildə Şuşa qəzasının Ləmbəran kəndində anadan olub.

Bakıdakı «Bağırov körpüsü», «Dövlət sirki», «Respublika» sarayı, «Cavanşir» körpüsü (keçmiş «Qaqarin» körpüsü), Məişət Kondisionerləri Zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı və s. sənaye və mədəniyyət ocaqları onun rəhbərliyi ilə tikilib.

O, SSRİ dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar mühəndisi adına layiq görülüb.

O, 1999-cu ildə Bakıda vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG