Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:19

Obama Rusiyaya xəbərdarlıq etdi - BƏYANAT


-

"Biz Rusiya Federasiyasının Ukrayna daxilində hərbi xarakterli addımlar atması haqda xəbərlərdən çox narahatıq".

Bunu Ukraynadakı son hadisələrlə bağlı bəyanatında ABŞ prezidenti Barak Obama bildirib.

O xatırladıb ki, Rusiyanın Ukrayna ilə tarixən yaxın münasibətləri, o cümlədən mədəni, iqtisadi əlaqələri olub. Bundan başqa Rusiyanın Krımda hərbi bazası var. Obama deyib ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönələn istənilən addım sabitliyin ciddi şəkildə pozulması ilə nəticələnəcək. Bu isə nə Ukraynanın, nə Rusiyanın, nə də Avropanın maraqlarına uyğundur.

ABŞ prezidenti bildirib ki, bu müdaxilə Ukrayna xalqının işlərinə qarışmaq, Rusiyanın beynəlxalq konvensiyaları pozması demək olardı. Bütün dünyanın Soçi olimpiadasına yığışmasından az sonra bu, beynəlxalq icttimaiyyətin qəti şəkildə pislədiyi bir əməl olardı:

"Və əlbəttə onda ABŞ Ukraynaya istənilən hərbi müdaxiləyə görə ölçü götürülməsi üçün beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət edəcək".

Obama Rusiyanı dəvət edib ki, stabilliyin bərpası, gələcəyinin müəyyən olunmasında və demokratiya quruculuğunda Ukrayanaya dəstək verən beynəlxalq ictimaiyyətə qoşulsun.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG