Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:23

Nazir oğulları və azərbaycanlı biznesmen azadlıqda


Türkiyə - Reza Zarrab polis bölməsinə gəlir. 17 dekabr 2013
Türkiyə - Reza Zarrab polis bölməsinə gəlir. 17 dekabr 2013
-

Türkiyədə böyük korrupsiya qalmaqalı zamanı həbs edilən və məhkəmələrini gözləyən nazir oğulları azadlığa çıxıb.

Barış Güler və Kaan Caglayan ötən ilin dekabrında onlarla şəxslə birgə tutulmuşdular.

Onları tikinti kontraktlarına sahiblənmək üçün yüksək vəzifəli məmurlara rüşvət verməkdə ittiham edirdilər.

İqtisadiyyat naziri Zafer Caglayan və daxili işlər naziri Muammer Güler qalmaqal zamanı istefa vermişdilər.

Azərbaycan əsilli biznesmen Rza Zərrab da azadlığa çıxıb.

Fevralın əvvəli “Halkbank”ın keçmiş rəhbəri Süleyman Aslan da azad edilmişdi. Dekabrda axtarış zamanı onun evindəki ayaqqabı qutularından 4,5 milyon dollar çıxmışdı.

Onu çirkli pulları yumaqda rüşvətdə suçlayırdılar.

Baş nazir Recep Tayyip Erdogan dekabrdakı həbsləri Türkiyənin müstəqil siyasət yürütməsinə imkan verməmək, Ədalət və İnkişaf Partiyasını hakimiyyətdən salmaq üçün xarici qüvvələrin hazırladığı plan adlandırmışdı.

Onun tərəfdarları isə bunun arxasında Amerikada yaşayan islamçı türk ruhanisi Fethullah Gülen-in dayandığını demişdilər.

Gülen ittihamı rədd edir. Onun tərəfdarlarının Türkiyənin ədliyyə və polis sistemində böyük dayağa malik olduğu deyilir.

Qalmaqaldan sonrakı aylarda Erdogan hüquq-mühafizə orqanlarında kütləvi təmizləmələr aparıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG