Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

«Meydan TV»nin əməkdaşı saxlandı


-
Fevralın 28-də «Meydan TV»nin jurnalisti Sevinc Vaqifqızı Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

Bu barədə «Meydan TV»yə məlumat verən jurnalist bildirib ki, polis küçə ticarətini dağıdarkən şəkilini çəkən zaman saxlanıb:

«Jurnalist olduğumu söyləsəm də, vəsiqəmi alıb qaçdı».

O, ticarətlə məşğul olan şəxsin də idarəyə gətirildiyini söylədi.

İdarənin şəxsi heyət üzrə rəis köməkçisi Azər Məmmədov hazırda jurnalistin onun yanına gətirildiyini və məsələni araşdırmaq üçün söhbət apardığını bildirdi:

«Xanım küçədə qanunsuz limon satan qadını polis oradan uzaqlaşdırarkən çəkirmiş. Biz indi jurnalistin vəsiqəsini alan polisin hərəkətlərini araşdırırıq. Qanun pozuntusu olsa, polis lazımı qaydada cəzalandırılacaq».

A.Məmmədov bildirdi ki, jurnalist tezliklə sərbəst buraxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG