Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:42

Azərbaycanda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb


Şəmkir rayonunda ağır yol qəzası baş verib. APA-nın qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb.

“QAZ 24” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilib.

Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG