Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:52

Sevastopol aeroportu bağlanıb


Sevastopol hava limanı
Sevastopol hava limanı
-
Rusiya hərbçiləri Krımın Sevastopol aeroportunu bağlayıb. Bunu Ukraynanın yeni daxili işlər naziri Arsen Avakov deyib. Nazir silahlıların başqa bir aeroportda da keşik çəkdiyini bildirib. O, bu məlumatları «facebook»da yazıb.

«Bunu ancaq hərbi müdaxilə, bütün beynəlxalq müqavilə və normaların pozulması adlandıra bilərəm».

Avakov-un sözlərinə görə, Sevastopoldakı aeroportu Rusiya donanmasının hərbi birləşmələri tutub.

Rusiya, hələlik, məsələyə şərh verməyib.

«Interfax» agentliyi də aeroportu Rusiya hərbçilərinin tutduğunu xəbərləyib. Agentlik hərbi qaynaqlara dayanaraq bildirib ki, əsgərlər aeroporta «yaraqlıların» qarşısını almaq üçün giriblər.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni hökuməti ilə bağlı bəzi sərəncamlar verib. Kremlin.ru-da yerləşdirilən bəyanata görə, hökumətə Kiyevlə iqtisadi və ticarət danışıqlarını davam etdirmək, eləcə də «Krım rəsmilərinin humanitar yardım xahişi» nəzərə almaq tapşırılıb.
XS
SM
MD
LG